"Liverpul" AVRO-2024-ün rekordçusunu transfer etməyə hazırlaşır
sizinxeber.az xəbər saytı

"Liverpul" AVRO-2024-ün rekordçusunu transfer etməyə hazırlaşır


İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"nın qapıçısı Georgi Mamardaşvilini transfer etməyə hazırlaşır.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən məlumatına görə, danışıqların davam etməsinə baxmayaraq yekun qərar hələlik verilməyib.

Premyer Liqa təmsilçisi gürcü qolkiperi 30 milyon avroya almaq və dərhal icarəyə verməyi planlaşdırır. Gürcüstan millisinin üzvü Almaniyada keçirilən AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçılarından biri hesab olunur.

Qeyd edək ki, Avropa çempionatında Gürcüstan yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə uduzub. G.Mamardaşvili yarışda keçirdikləri 4 oyunun hamısında əsas heyətdə olub və 29 seyvlə yadda qalıb. Bu da AVRO-2024-ün rekordu kimi tarixə düşüb.

Oxşar xəbərlər

Premyer Liqa klubu Almaniya millisinin hücumçusunu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Liverpul" yaponiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa çempionu "Milan"ın qapıçısını transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər