Poçettino yenidən "Tottenhem"in baş məşqçi postuna namizəddir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
11:00

Poçettino yenidən "Tottenhem"in baş məşqçi postuna namizəddir

25 apr, 2025
11:00
570

Poçettino yenidən "Tottenhem"in baş məşqçi postuna namizəddir

Mauritsio Poçettino yenidən İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postuna namizəddir.

"Report" "TBR Football"a istinadən xəbər verir ki, London klubu UEFA Avropa Liqasının qalibi olsa belə, hazırkı baş məşqçisi Angelos Postekoqlu mövsümün sonunda istefaya göndəriləcək.

Baş məşqçi postuna əsas namizədlərdən birinin məhz Poçettino olduğu bildirilir. İtaliyalı mütəxəssis 2014-2019-cu illərdə komandanı çalışdırıb.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 33 turdan sonra 37 xalla 16-cı yerdədir.

Bizimlə əlaqə saxlayın