UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb
İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.
"Sizinxeber.az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.
UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.
AVRO-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyinə qarşı uyğun olmayan mahnı oxuyublar.
Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniya millisi İngiltərə komandasını 2:1 hesabı ilə məğub edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
