Azər Bağırov: "Sabah"la matçda bir az da bəxtimiz gətirdi"
Misli Premyer Liqasının XXXI turunda "Sabah"la qarşılaşan "Kəpəz"in bəxti gətirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov sözügedən matçdan sonra mətbuat konfransında deyib.
O, qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Çempionluğunu rəsmiləşdirən "Sabah"ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuoklarda layiqincə təmsil edəcəklər. 22 oyun uduzmayan "Sabah"a qarşı mübarizə aparırdıq. Bir çox matçda da artıq qarşılaşmanın taleyini ilk hissədə həll edirdilər. Qapıçımız Yusif İmanova təşəkkür edirəm. O, bu gün ən yaxşı görüşlərindən birini keçirdi. Bugünkü matçda bir az da bəxtimiz gətirdi. Fikirləşirdik ki, "Sabah" dəyişikliklər edəcək. Çünki yaxın zamanda Azərbaycan Kubokunda filan oyununa çıxacaqlar. Sevinirik ki, meydanda qurduğumuz plan öz bəhrəsini verdi. Azarkeşlərimizi təbrik edirəm".
Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü qərb təmsilçisinin 1:0 hesbalı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Saşa İliç: "Sabah"ın "Sumqayıt"ı məğlub etməsi ədalətli nəticə oldu"
"Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu
"Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəlib
İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
