Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
sizinxeber.az xəbər saytı

Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb


Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.

"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışın həlledici oyunları universitetin idman zalının futzal meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Nəqliyyat və Logistika fakültəsinin komandası İTT fakültəsinin komandasını 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçı olub.

Final qarşılaşmasında isə İqtisadiyyat fakültəsinin komandası ilə Maşınqayırma və Metallurgiya fakültəsinin komandası üz-üzə gəliblər. Əlavə vaxtda rəqibini 2:0 hesabı ilə üstələyən Maşınqayırma və Metallurgiya fakültəsinin komandası turnirin qalibi olub.

Yekunda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, turnirdə fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov, Azərbaycan Texniki Universitetinin Kommunikasiya Şöbəsinin müdiri Səfa Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər. AFFA və AzTU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

Oxşar xəbərlər

UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən turnirə yekun vurulub
UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub
Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirin qalibi bəlli olub
Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər