FIFA-nın dəstəyi ilə Füzulidə qız futbolçuların inkişafına yönəlmiş festival keçirilib
AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə "FIFA Women"s Development Programme" çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.
"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə 62 qız iştirak edib.
Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət milli komandanın məşqçiləri, futbolçuları və assosiasiya nümayəndələri iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.
İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar. Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır.
Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.
Oxşar xəbərlər
AFFA rəsmisi FIFA-nın sammitində iştirak edir
Məhkumlar üçün futbol dərsləri keçirilir
Sumqayıtda minifutbol turniri keçirilib
AFFA rəsmiləri FIFA-nın sammitinə qatılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
