UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib
sizinxeber.az xəbər saytı

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib


UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.

"Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" komandasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.

Oxşar xəbərlər

Konfrans Liqası: Bu gün 2 oyun var
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər