"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub


"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

Qeyd edək ki, 2012/2013 mövsümündən Azərbaycanda çıxış edən millimizin sabiq üzvü ilk qoluna da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: Mövsümün ilk turuna yekun vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: I turun son matçında "Zirə" qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər