Azərbaycan Kubokunun finalında "Sabah" "Zirə"nin rəqibi olub
Futbol üzrə Azərbaycan Kubokunda ikinci finala yüksələn komanda "Sabah" olub.
"Sizinxeber.az" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Qarabağ"ı qəbul edən "bayquşlar" 2:1 hesablı qələbəyə sevinib.
"Bank Respublika Arena"da baş tutan matçda Ağdam təmsilçisinin qolunu Kamilo Duran (59) vurub. Meydan sahiblərinin heyətində isə Velko Simiç (78) və Patrik Mbina (87) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv görüşün böyük qismini 10 nəfərlə keçirib. Qonaqların heyətində 35-ci dəqiqədə qapıçı Mateuş Koxalski kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Tərəflər arasında baş tutan ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığı üçün Bakı klubu adını həlledici mərhələyə yazdırıb.
Bununla da, "Sabah" finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.
Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək
"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda olub
"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda olub
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib
Premyer Liqa: Lider "Sabah" turun son oyununda qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
