sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pini Zahavi Levandovskinin "Barselona" ilə müqavilə müddətinin uzadılmasını müzakirə edəcək
"Barselona"nın hücumçusu Robert Levandovskinin maraqlarını təmsil edən agent Pini Zahavi Kataloniya klubu ilə müqavilənin müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 37 yaşlı polşalı forvard karyerasını "Barselona"da davam etdirmək istəyir.
Lakin təcrübəli oyunçunun digər Avropa klublarından daha cəlbedici təkliflər aldığı da bildirilir. Zahavinin artıq İtaliyanın "Yuventus" klubu ilə danışıqlar apardığı da deyilir.
Qeyd edək ki, polşalı hücumçunun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir. Levandovski cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 25 oyuna çıxıb və 12 qol vurub.
Oxşar xəbərlər
Robert Levandovskinin "Barselona" ilə müqaviləsinin müddəti bir şərtlə uzadılacaq
"Barselona" Levandovskinin yerinə argentinalı hücumçunu transfer etmək istəyir
"Barselona" klubu fırıldaqçının "qurban"ı olub
"Barselona" Levandovski ilə müqavilə müddətini artıra bilər
"Barselona" Almaniya millisinin üzvünə təklif göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
