sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
I turun "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib.
Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.
Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 4-də keçiriləcək I turun "Sabah" - "Şamaxı" görüşü saat 17:30-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb
Azərbaycan Premyer Liqası: II turun oyun cədvəli açıqlanıb
"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
Premyer Liqa: “Sabah” autsayderə məğlub olub
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













