"Real" Dani Karvahalın əvəzedicisi kimi Yosip Stanişiçlə maraqlanır
sizinxeber.az xəbər saytı

"Real" Dani Karvahalın əvəzedicisi kimi Yosip Stanişiçlə maraqlanır


İspaniyanın "Real" klubu Xorvatiya millisinin futbolçusu Yosip Stanişiçlə maraqlanır.

"Sizinxeber.az" "Fichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın "Bavariya" komandasında çıxış edən 26 yaşlı cinah müdafiəçisini Dani Karvahalın potensial əvəzedicisi kimi nəzərdən keçirir.

"Kral klubu"nun rəhbərliyi bu mövqeyi tezliklə doldurmağa çalışır. Stanişiç həmin cinaha prioritet namizəd hesab edilir. Xorvatiyalı oyunçunun Trent Aleksandr-Arnoldla rəqabət aparacağı gözlənilir.

Lakin "Bavariya" müdafiəçini uzunmüddətli layihənin bir hissəsi hesab edir və onunla vidalaşmaq barədə düşünmür. Futbolçunun müqaviləsinin müddətinin 2029-cu ilin yayınadək olması Münhen təmsilçisinin mövqeyini gücləndirir.

Xatırladaq ki, Yosip Stanişiç cari mövsüm bütün turnirlərdə 31 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Real" "Bavariya"nın futbolçusu ilə anlaşıb
"Real" Almaniya və İspaniya klubunun yarımmüdafiəçisi ilə maraqlanır
"Bavariya" futbolçusunu icarəyə verib
İspaniyanın üç nəhəng klubu eyni hücumçu ilə maraqlanır
"Real" Portuqaliya millisinin futbolçusu ilə maraqlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər