Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ”ın II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandası ilə duelinin qalibinin potensial rəqibi bəlli olacaq.
“Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Bu cütün məğlubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində iştirak edəcək. Mümkün rəqib bu gün baş tutacaq püşkatmada müəyyənləşəcək.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan komandalarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq
UEFA Avropa Liqası: "Zirə" klubunun I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
UEFA AFFA rəsmisinə etimad göstərib
Avropa Liqası: "Zirə"nin 21 dəfə ölkə çempionu olan rəqibi - "Qarabağ"la bacara bilməyən "Şerif" - TANITMA
Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













