“Liverpul” yoldaşlıq görüşündə “Arsenal”ın öhdəsindən gəlib
sizinxeber.az xəbər saytı

“Liverpul” yoldaşlıq görüşündə “Arsenal”ın öhdəsindən gəlib


ABŞ-nin Filadelfiya ştatının Pensilvaniya şəhərində İngiltərənin “Liverpul” və “Arsenal” futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, matç “Linkoln Faynenşel Fild” stadionunda baş tutub.

Amerikalı hakimlər briqadasının idarə etdiyi oyunda hesab erkən açılıb: 13-cü dəqiqədə “qırmızılar”ın hücumçusu Məhəmməd Salah Harvi Elliotun ötürməsini qola çevirib. Cəmi 21 dəqiqə sonra Arne Slotun yetirmələri ikinci dəfə “topçular”ı məyus edib: 21 yaşlı Fabiu Karvalyo Elliotun qısa məsafəli hava ötürməsindən maksimum yararlanıb. Bununla belə, ispaniyalı çalışdırıcı Mikel Artetanın komandası “qırmızılar”ın təzyiqini azaltmağa nail olaraq ilk hissənin sonunda bir qol vurmağı bacarıb: almaniyalı Kay Haverts Kuivin Kelleherin torunu silkələyib.

İkinci hissə isə “Arsenal”ın nəzərəçarpacaq üstünlüyü ilə müşayiət olunsa da, birincidən fərqli olaraq daha passiv keçib. London təmsilçisi əsasən topa sahibolma ilə yetinərək arabir kəsərli olmayan hücumlarla yadda qalıb.

Beləliklə, yoldaşlıq görüşü “Liverpul”un “Arsenal” üzərində minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1.

Xatırladaq ki, daha öncə Mersisayd təmsilçisi İspaniyanın “Real Betis”ini yenmişdi.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 16-da start götürəcək.

Oxşar xəbərlər

Arne Slotun “Liverpul”u “Real Betis”i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Liverpul” məğlubiyyətsizlik seriyasını altıya çatdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: “Arsenal” 5 cavabsız qol vurub, “Tottenhem” uduzub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: “Liverpul” şəriksiz liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər