Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar
sizinxeber.az xəbər saytı

Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar


"Sabah" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar.

"Sizinxeber.az"un məlumatına görə, paytaxt təmsilçisi Bakıda Bolqarıstanın "Levski" (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. "Bayquşlar" səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Konfrans Liqası: Azərbaycan klubları bu gün III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər
Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib
"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər
Konfrans Liqası: "Araz-Naxçıvan" - "Omoniya" oyununda növbəti qol vurulub - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər