"Qarabağ”ın futbolçusu avrokuboklarda 100-cü oyununu keçirib
Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.
O, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib.
Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.
Zubir Azərbaycan klublarının heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.
Oxşar xəbərlər
Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib
Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb
Abdullah Zubir: "Qarabağ"ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış etməyi çox istəyirəm"
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












