Portuqaliyanın bombardiri "Arsenal"a keçib
sizinxeber.az xəbər saytı

Portuqaliyanın bombardiri "Arsenal"a keçib


Futbol üzrə Portuqaliya çempionatının son iki mövsümünün bombardiri, isveçli hücumçu Viktor Dyökereş “Sportinq”dən “Arsenal”a keçib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Jurnalist Fabrizio Romanonun sözlərinə görə, transfer 63,5 milyon avro təşkil edib. Portuqaliya komandasının rəhbərliyi daha 10 milyon avro mükafat alacaq. "Arsenal"da isveçli London komandasının tarixinin ən yaxşı bombardiri fransız Tyerri Anrinin geyindiyi 14 nömrə ilə oynayacaq.

27 yaşlı Dyökereş 2023-cü ildən "Sportinq"də çıxış edir. Forvard əvvəllər İngiltərənin "Koventri" və "Brayton", İngiltərə Premyer Liqasında çıxış edən Uels "Suonsi" və İsveçin "Brommapoykarnu" klublarında çıxış edib. “Sportinq”in heyətində iki dəfə Portuqaliya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.

Ötən mövsüm Dyökereş Portuqaliya çempionatının 33 oyununda 39 qol vurub. 2023/24 mövsümündə hücumçu 33 matçda 29 dəfə fərqlənib. İsveç millisinin heyətində 26 oyun keçirib və 15 qol vurub.

Oxşar xəbərlər

Gyökereşin transferində əlavə ödənişlərin şərtləri razılaşdırılır
"Sportinq"in hücumçusu İngiltərənin üç klubunun maraq dairəsindədir
"Atletiko" İsveç millisinin hücumçusu ilə maraqlanır
İsveçli hücumçu "Qızıl buts" uğrunda yarışda Məhəmməd Salahı geridə qoyub
"Arsenal" Viktor Dyekereşlə danışıqlara başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər