Gyökereşin transferində əlavə ödənişlərin şərtləri razılaşdırılır
Lissabonun "Sportinq" klubunun hücumçusu Viktor Gyökereşin London "Arsenal"ına transferi pozula bilər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" qəzeti yazır.
Nəşrin məlumatına görə, "Arsenal", "Sportinq" və Gyökereşin nümayəndələri hücumçunun xidmətləri üçün 70 milyon avro ilkin ödəniş və əlavə 10 milyon avro bonus ödənişi barədə razılığa gəliblər. Qeyd olunur ki, əlavə ödənişlərin şərtləri hələ razılaşdırılmalıdır, çünki "Arsenal" rəhbərliyi yalnız 3 milyon avro ödəməyə hazırdır.
Eyni zamanda nəşr vurğulayır ki, Gyökereş və onun agenti sövdələşməni açıq şəkildə dəstəkləyə bilər.
Xatırladaq ki, Gyökereş 2023-cü ildən "Sportinq"də çıxış edir. O, keçirdiyi 102 matçda 97 qol vurub və 28 məhsuldar ötürmə edib. İsveç millisində hücumçu 26 oyunda 15 qol vurub.
"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.
Oxşar xəbərlər
"Arsenal" Viktor Dyekereşlə danışıqlara başlayıb
"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır
"Arsenal" Rodriqo üçün 85 milyon avro ödəməyə hazırdır
"Sportinq"in hücumçusu İngiltərənin üç klubunun maraq dairəsindədir
"Sportinq" "İnter"dən 30 milyon avro təzminat tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
