Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal uğrunda oyunlar keçirilib
Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal qarşılaşmaları baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda ilk olaraq həm qadınlar, həm də kişilər arasında yarımfinal oyunları baş tutub və finala yüksələn komandalar müəyyənləşib.
Qadınların yarışında “Azərreyl-1” komandası “Milli Aviasiya Akademiyası-1” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib.
Digər finalçı isə “Azərreyl-2” və “Milli-2” komandaları arasında keçirilən qarşılaşmada müəyyənləşib.
Görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Azərreyl-2” adını finala yazdırıb.
Kişilərin mübarizəsində yarımfinalın ilk qarşılaşması “Xilasedici-2” və “Murov Az Terminal-4” komandaları arasında olub. Görüş 2:0 hesabı ilə “Xilasedici-2”nin xeyrinə başa çatıb. Digər finalçının adına “Azərreyl-1” və “Azərreyl-2” komandaları arasında keçirilən oyunda aydınlıq gəlib.
Bu görüşdə 2:0 hesablı qələbə qazanan “Azərreyl-1” həlledici mərhələyə yüksəlib.
Bununla da bürünc medal uğrunda qarşılaşmalarda qadınlar arasında “Milli Aviasiya Akademiyası-1” – “Milli-2”, kişilər arasında isə “Murov Az Terminal-4” – “Azərreyl-2” komandaları qarşılaşıb.
Qadınlar arasında “Milli Aviasiya Akademiyası-1”, kişilər arasında isə “Azərreyl-2” komandaları qələbə qazanıblar və ölkə çempionatının bürünc medallarına sahib çıxıblar.
Qeyd edək ki, çempionatın final oyunları və mükafatlandırma mərasimi iyulun 25-də baş tutacaq. Finalda qalib gələn qadın və kişi komandaları klublararası Avropa çempionatında iştirak hüququ qazanacaqlar.
Oxşar xəbərlər
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında ikinci günə yekun vurulub
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Voleybol üzrə Azərbaycan kuboku: Qrup mərhələsinin son oyunları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
