Şamaxıda təşkil olunacaq Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib
Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı iyulun 19-20-də Şamaxıda təşkil olunacaq Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Mətbuat Şurasında təşkil olunan tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Mətbuat Şurasının idarə heyətinin üzvü Umud Rəhimoğlu turnirin təşkilatçılarına təşəkkür edib. Bunun Milli Mətbuat Gününə rəng qatacağını bildirib. O, gələcəkdə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.
Təşkilatçılardan "Yurd Media"nın rəhbəri Murad Əliyev də çıxışında bu turnirin bölgələrə daşınmasının və davamlı olmasının vacibliyini vurğulayıb.
Yarışda 4 - "Ziya", "Kəşkül", "Kaspi" və "Əkinçi" komandaları mübarizə aparacaq.
İlk turda qarşılaşacaq cütlüklər belədir:
"Ziya" - "Kaspi"
"Kəşkül" - "Əkinçi"
Qeyd edək ki, yarış "Yurd Media", İdman Araşdırmalar Mərkəzi, AFFA və Şamaxı Olimpiya Kompleksinin təşkilatçılığı ilə keçiriləcək.
Foto: Mircavid Eminoğlu
Oxşar xəbərlər
Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçiriləcək
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
