Mark-Andre ter Ştegen karyerasını "Mançester Siti"də davam etdirə bilər
İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Şteqen karyerasını "Mançester Siti"də (İngiltərə) davam etdirə bilər.
"Sizinxeber.az"un AS-a istinadən məlumatına görə, İngiltərə klubu 33 yaşlı qolkiperi hazırkı qapıçı Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir.
Almaniyalı qapıçının "Barselona" ilə müqaviləsinin müdətinin başa çatmasına hələ 3 il var. Buna baxmayaraq, onun baş məşqçi Hans-Diter Flikin gələcək planlarında yer almadığı bildirilir.
Qeyd edək ki, Mark-Andre ter Şteqen 2014-cü ildən "Barselona"nın formasını geyinir. Bu müddət ərzində o, 422 oyun keçirib, bunların 175-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" onun dəyərini 12 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Portuqaliya millisinin qapıçısı "Mançester Siti"yə transfer oluna bilər
Karyerasını bitirmiş qapıçı "Barselona"ya kömək etmək istəyir
"Barselona" bir müddət əvvəl karyerasını başa vuran qapıçını heyətinə qata bilər
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
“FourFourTwo” hazırda ən yaxşı qapıçının adını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













