Qurban Qurbanovdan Şahruddin açıqlaması: “Yeni oyunçular istəyirik”
sizinxeber.az xəbər saytı

Qurban Qurbanovdan Şahruddin açıqlaması: “Yeni oyunçular istəyirik”




“Şahruddin düşərgəmizə bir az gec gəldi, buna baxmayaraq, hazırlığı pis deyil”.
 
BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.
 
O, Şahruddin Məhəmmədəliyevin Ağdam klubuna qayıdışına və hazırkı durumuna münasibət bildirib: “Formasından razıyam. Amma oyunçularla bir müddət bir yerdə olmalıdır ki, özünü tam hazır hiss etsin. Ümumilikdə, hazırkı durumundan razıyam".
 
Qurbanov yeni transferlərlə bağlı danışıqların getdiyini də deyib: "Oyunlara hazırlaşmaqla bərabər transfer mövzusunda da danışıqlar aparırıq. Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də futbolçuları izləyirik”.
 
Qeyd edək ki, ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən Şahruddin “Qarabağ”la 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
BAKU.WS

Oxşar xəbərlər

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gökseldən ETİRAF: “Özümü gözəl zənn etmirəm” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurbanov "Bayer"lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər