"Liverpul" həlak olan futbolçunun müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək
sizinxeber.az xəbər saytı

"Liverpul" həlak olan futbolçunun müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək


İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün həmin pulu hücumçunun yaxınlarına verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.

Oxşar xəbərlər

Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında vəfat edib
"Liverpul" İngiltərə millisinin futbolçusunu transfer etmək istəyir
"Liverpul" Niderland millisinin futbolçusu ilə razılıq əldə edib
"Liverpul" yeni transferini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər