"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
sizinxeber.az xəbər saytı

"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı


"Liverpul" futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.

Qeyd edəki ki, bu gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu "Liverpul"da 20 nömrəli formanı geyinirdi.

“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, - bəyanatda qeyd edilib.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.

Oxşar xəbərlər

"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında vəfat edib
"Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb
"Liverpul" klubu "Bavariya"nın təklifini rədd edib
"Liverpul" yeni transferini açıqlayıb
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər