"Qarabağ"ın monteneqrolu legioneri: "Azərbaycan xalqı üçün müqəddəs sayılan torpaqlara ayaq basmaqdan çox məmnunuq"
Azərbaycan xalqı üçün müqəddəs sayılan torpaqlara ayaq basmaqdan çox məmnunuq.
Bunu "Report"un Qarabağa ezam olunan əməkdaşına açıqlamasında "Qarabağ" klubunun monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç deyib.
30 yaşlı oyunçu Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfəri barədə danışıb:
"Azərbaycan xalqı üçün müqəddəs sayılan torpaqlara ayaq basmaqdan çox məmnunuq. Bizimlə görüşən yerli sakinlərin sevinci gözlərindən bəllidir. Qarabağın digər bölgələrinizdən xüsusi fərqləndiyini bilirəm. Bu barədə baş məşqçimiz Qurban Qurbanov tez-tez bizə danışır. Bu torpaqlara ikinci gəlişimdir. İlk dəfə Xankəndinə Azərbaycan Kubokunun oyununda iştirak etmək üçün gəlmişdim. Həmin vaxr şəhər sakinləri ilə görüşməyə vaxt yox idi. Amma indi həm sakinlərlə görüşür, həm də şəhəri gəzirik. Bizim üçün çox yaddaqalan gündür".
Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri işğaldan azad olunmuş bölgələrə səfər çərçivəsində ilk olaraq Şuşa şəhərinə yollanıblar. Ardınca Xankəndi sakinləri ilə görüşən kollektiv sonda Ağdama yola düşəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu: "İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borcluyuq"
"Qarabağ"ın üzvləri Xankəndi şəhərinə səfər ediblər
"Qarabağ"ın legioneri: "Motivasiyamız yüksəkdir"
"Qarabağ"ın futbolçusu: "Gələcək üçün çox həyəcanlıyam"
Gürcüstandan olan səyyah: Qarabağ dirçəlir və bu, ruhumuza rahatlıq verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
