"Zirə" rəsmisi: "Püşkatma mərasimi ilə bağlı Nyona səfər çox səmərəli keçdi"
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimində “Zirə”ni təmsil edən baş menecer Elman Himayətoğlu səfərlə bağlı təəssüratlarını bölüşüb.
O, bu barədə “Report”a danışıb.
Klub rəsmisi İsveçrənin Nyon şəhərinə səfərin səmərəli keçdiyini vurğulayıb:
“Avrokubokların püşkatma mərasimi Avropa klubları ilə tanışlıq, münasibət qurulması və əməkdaşlıq baxımından çox mühümdür. Bir çox klublarla tanışlıq, əlaqə qurmaq imkanı olur. Demək olar bütün iştirakçı klublar orada təmsil olunurlar. Bəzən digər mərhələlərdən mübarizəyə qoşulacaq komandalar belə ilkin mərhələlərə öz nümayəndələrini göndərirlər. Eyni zamanda da püşkatma nəticəsində bizə rəqib olan komandanın nümayəndəsi ilə görüşmək, ilkin müzakirələr aparmaq, məlumatlar almaq və vermək, qarşılıqlı əməkdaşlıq baxımından çox vacibdir. Bu baxımdan püşkatma mərasimi ilə bağlı Nyona səfər çox səmərəli keçdi. Əsasən Türkiyə klubları ilə əlaqədə oluruq. Məsələn, “Beşiktaş”, “Başakşehir” kimi klublardan nümayəndələr var idi. Püşkatmanın ilk günündə UEFA tərəfindən qurumun mənzil qərargahında klublar üçün ziyafət verilir. Rəsmi yeməkdə də UEFA prezidenti və digər rəsmi şəxslər iştirak etdilər”.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də "Neftçi Arena"da, cavab oyunu isə 31-də Split şəhərindəki "Polyud" stadionunda reallaşacaq.
Oxşar xəbərlər
Azərbaycan komandalarını UEFA turnirlərinin püşkatma mərasimlərində təmsil edəcək şəxslər müəyyənləşib
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
