Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı növbəti dəfə Ginnesin Rekordlar Kitabına daxil edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı növbəti dəfə Ginnesin Rekordlar Kitabına daxil edilib


Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub.

"Sizinxeber.az" xəbər verir ki,bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib.

Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib.

55 il 277 gün efirdə olan “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb. Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.

Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.

Oxşar xəbərlər

“Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb
Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib
FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər