Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” turnirində gümüş medal qazanmasına münasibət bildirib
sizinxeber.az xəbər saytı

Azərbaycan avarçəkəni “Prezident Kuboku-2025” turnirində gümüş medal qazanmasına münasibət bildirib


Gərgin mübarizədə gümüş medal qazandığım üçün sevinirəm.

"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan avarçəkəni Nurlan Paşayev “Prezident Kuboku-2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında bildirib.

1500 metr məsafədə gümüş medal qazanan akademik avarçəkən yarışa ciddi hazırlaşdığını bildirib:

“Gündəlik olaraq iki dəfə məşqlər edirdik. Tək nəfərlik qayıqda mübarizə aparırdım. Yarışın sonunda ikinci yeri tutdum. Nəticəyə görə şadam. Lakin qızıl medal da qazana bilərdim. Rəqib idmançının çəkisinin ağır olması ona uğur qazandırdı. Avarçəkmədə qayığı idarə edərkən çəki mühüm önəm daşıyır. Təşkilatçılıq üçün Gənclər və İdman nazirliyinə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 3 gümüş və 5 bürünc medal qazanıblar.

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha beş medal qazanıblar
Avarçəkmə millisinin böyük məşqçisi: "Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq"
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar
Prezident kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları medal sayına görə ikinci olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle