"Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, reqatanın ikinci günündə idmançılar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Ötən gün Suqovuşanda start götürən yarışın ilk günündə Azərbaycanın üç avarçəkəni - Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar
Fərid Mansurov: "Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir"
“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib
"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
