ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) mühüm beynəlxalq nailiyyət əldə etmiş və Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunan mükafat federasiyanın bu sahədə apardığı uğurlu fəaliyyətin təzahürü hesab edilib.
Bu uğur ölkə rəhbərliyinin atçılıq idman növünün inkişafına göstərdiyi ali diqqətin növbəti göstəricisidir.
ARAF son illər ərzində ölkə daxilində və xaricində bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların və maarifləndirici proqramların təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib.
VII Etnosport Forumu dünyanın 60-dan çox ölkəsindən nümayəndələrin, dövlət və ictimai təşkilatların, beynəlxalq qurumların və etnoidman üzrə mütəxəssislərin iştirakı ilə ənənəvi idman növlərinin təşviqi və mədəni irsin qorunması istiqamətində keçirilən əhəmiyyətli beynəlxalq tədbir olub.
Forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.
Oxşar xəbərlər
ARAF rəsmisi: "Dünya Kubokunda uğurlu çıxış Azərbaycanda polo ənənələrinin inkişaf etdiyini təsdiqləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
