III MDB Oyunlarında Azərbaycan millisinin qarşısına ən yüksək hədəflər qoyulacaq
Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında milli komandanın qarşısına ən yüksək hədəflər qoyulacaq.
"Report"un məlumatına görə, bunu mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.
Qurum rəsmisi ölkəmizdəki Oyunlarda hədəflərin dəyişməyəcəyini bildirib:
"Səhv etmirəmsə, II MDB Oyunlarında 60-dan çox medal qazanmışdıq. İdmançılarımız daha yaxşı nəticələr üçün mübarizə aparacaqlar".
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi: "III MDB Oyunlarında medallarla bağlı problemin olmaması üçün maksimum dərəcədə çalışacağıq"
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
III MDB Oyunlarında oxatma yarışları Xankəndi şəhərində keçiriləcək
Qaşım Maqomedov: Qızıl medal qazanmaq istəyirdim, lakin gümüş də pis nəticə deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













