Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə yarışla bağlı təşkil olunmuş mətbuat konfransında bildirilib.
Turnir üçün Könüllü Proqramına da start verilib. Bölgələrdə bu istiqamətdə bir sıra tədbirlərin görüldüyü, gənclərlə maarifləndirici görüşlərin keçirildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
Bakıdakı "Formula 1" yarışına 2000-dən çox könüllünün cəlb olunması gözlənilir
Stend atıcılığı üzrə Bakı çempionatına start verilib
Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
May ayında bəzi yerlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













