Sizinxeber.az » İdman » Fərdi » Bəhram Rəcəbzadə: "Glory 99" turnirində rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim"

Bəhram Rəcəbzadə: "Glory 99" turnirində rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim"

"Glory 99" turnirində rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim.

Bunu “Report”a açıqlamasında Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində baş tutan “Glory 99” turnirində qazandığı qələbə ilə bağlı danışarkən deyib.

O, niderlandlı Brayan Douesin döyüşdən əvvəl iddialı danışdığını söyləyib:

“Rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim. Yarışdan əvvəl iddialı açıqlamalar vermişdi. Şükürlər olsun ki, onu vaxtından əvvəl, ilk raundda məğlub etdim. Döyüşdən öncə rəqibim üzərində ikinci raundda nokautla qələbə qazanacağımı düşünürdüm”.

İdmançı iştirak edəcəyi “Glory 100” turniri ilə bağlı da fikirlərini deyib:

“İyunda “Glory 100” turnirində iştirak edəcəyəm. İlk rəqibim albaniyalı idmançıdır. Reqlamentə əsasən, bir gündə iki döyüş keçiriləcək. İlk görüşdə qələbə qazansam, digər cütün qalibi ilə üz-üzə gələcəyəm. Burada da qələbə qazansam, dekabrda daha bir döyüşüm olacaq".

Kikboksçu qələbəsini Azərbaycan xalqına, şəhidlərə və qazilərə həsr etdiyini vurğulayıb:

“Qələbəni Azərbaycan xalqına həsr edirəm. Mənim bu səviyyəyə yüksəlməyimdə Azərbaycan və Türkiyə xalqının rolu böyük olub. Azərbaycan mənim ailəmdir. Şəhidlərimiz və qazilərimiz olmasaydı, indi biz başıuca gəzə, xaricdə ölkəni qürurla təmsil edə bilməzdik. Qələbəmi əsas da onlara həsr edirəm. Həmçinin Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə mənə dəstək göstərdiyi üçün təşəkkür edirəm”.

Qeyd edək ki, B.Rəcəbzadə Niderlandda keçirilən “Glory 99” turnirində yerli idmançı Brayan Douesi məğlub edib. O, iyunun 13-14-də “Glory 100” turnirində mübarizə aparacaq. İdmançının ilk rəqibi albaniyalı Asdren Qasi olacaq.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib