Eduard Məmmədov: "Bəhram Rəcəbzadənin “Glory 99” turnirində qələbə qazanması Azərbaycan idmanının uğurudur"
Bəhram Rəcəbzadənin “Glory 99” turnirində qələbə qazanması Azərbaycan idmanının uğurudur.
Bunu "Report"a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov deyib.
AKF rəsmisi kikboksçu Bəhram Rəcəbzadənin Niderlandın Rotterdam şəhərində keçirilmiş döyüşdə yerli idmançı Brayan Douesi məğlub etməsi ilə bağlı fikirlərini bölüşüb:
"O, təcrübəli və peşəkar idmançıdır. Həm həvəskar, həm də peşakar kikboksinqdə nailiyyətlər əldə edib. Hazırda reytinqdə ön pillələrdə qərarlaşıb. Bütün görüşlərdə çox yaxşı çıxış edir. Qarşılaşmalarının əksəriyyətində vaxtından əvvəl qələbə qazanır. Sonuncu döyüşə gəlincə, Niderland təmsilçisinə heç bir şans vermədi. Birinci raundda vaxtından əvvəl qələbə qazandı. Biz ona güvənirdik. Azərbaycan Kikboksinq Federasiyası kəmərin ölkəmizə gələcəyinə də inanır".
Eduard Məmmədov Bəhram Rəcəbzadənin məşqlərə ciddi yanaşdığını söyləyib:
"Dayanmır, daim öz üzərində işləyir. Döyüşdən-döyüşə artırır. “Glory"də qalib olan kimi bayrağımızı nümayiş etdirir. Biz onunla fəxr edirik. Qarşıdakı yarışlarında uğurlar arzulayırıq. O, gün gələcək “Glory"nin kəmərini Azərbaycana gətirəcək".
Vitse-prezident Azərbaycan təmsilçisinin “Glory 100” turnirindəki ilk rəqibi, albaniyalı Asdren Qasinin də güclü olduğunu sözlərinə əlavə edib:
"Bəhramın bu günə qədər zəif rəqibi olmayıb. “Glory"də peşəkarlar çıxış edəcəklər. İnanıram ki, hər bir rəqibə gücünü göstərəcək".
Qeyd edək ki, Bəhram Rəcəbzadə iyunun 13-14-də “Glory 100” turnirində mübarizə aparacaq.



width="220" alt="Eduard Məmmədov: "Kikboksinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi"" />
width="220" alt="Bəhram Çələbi vəfat etdi" />
width="220" alt="Qurban Qurbanovdan qələbə şərhi" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />