Azərbaycanın sərbəst güləşçiləri Serbiyada Gimnaziadanı 10 medalla başa vurublar
sizinxeber.az xəbər saytı

Azərbaycanın sərbəst güləşçiləri Serbiyada Gimnaziadanı 10 medalla başa vurublar


Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadanı 10 medalla başa vurublar.

"Report" xəbər verir ki, oyunlara məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında yollanan komandanın bütün üzvləri fəxri kürsüyə qalxıb.

Təmsilçilərimiz Serbiyada 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.

Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) bütün rəqiblərinə qalib gəliblər. Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olublar.

Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə üçüncü yeri tutub.

Sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar
Azərbaycanın sərbəst güləşçiləri Minskdə 8 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər