Avropa Su İdmanı Federasiyasının prezidenti Bakıya səfərinin səbəblərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Avropa Su İdmanı Federasiyasının prezidenti Bakıya səfərinin səbəblərini açıqlayıb


Avropa Su İdmanı Federasiyasının prezidenti Antoniu da Silva Bakıya səfərinin səbəblərini açıqlayıb.

"Report" xəbər verir ki, Bakı Su İdman Sarayında jurnalistlərlə görüşən qurum rəhbəri Azərbaycanda üzgüçülüyün inkişafda olduğunu söyləyib.

"Bu gün gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyevlə görüşümüz baş tutdu. Görüşdə üzgüçülüyün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi apardıq. Həmçinin Avropa Du İdmanı Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanlarını müzakirə etdik", - o vurğulayıb.

Qurum rəsmisi artıq ikinci dəfədir Azərbaycana gəldiyini xatırladıb:

"Daha əvvəl 2015-ci ildə, Bakıda Avropa Oyunları keçirilən zaman paytaxtınıza gəlmişdim. Hələ həmin vaxt şəhərin gözəlliyi məni valeh etmişdi. İndi aradan bir neçə il keçib və Bakı daha da heyrətamiz hal alıb. Burada olmaq mənə çox xoşdur".

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
AÜF prezidenti: "Avropa Üzgüçülük Federasiyası rəsmiləri ilə geniş və məhsuldar görüş keçirdik"
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Gənclər və idman naziri: "Bizi yaxşı MDB Oyunları gözləyir"
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər