Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda iki medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda iki medal qazanıblar


Azərbaycanın həvəskar xizəkçiləri ilk dəfə keçirilən Türk Dövlətləri Kubokunda iki medal qazanıblar.

“Sizinxeber.az” xəbər verir ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Əmirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk dəfə Türk Dövlətləri Kuboku keçirilib.

Yarışda Azərbaycanı təmsil edən Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.

Qeyd edək ki, fevralın 18-də baş tutan turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyaları üzrə 50-yə yaxın xizəkçi iştirak edib. Qaliblər kubok və medallarla təltif olunublar. Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy,Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.

Oxşar xəbərlər

"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 
Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle