Yaylagül Ramazanova: "Azərbaycan çempionatında qızıl medal qazandığım üçün çox sevincliyəm"
sizinxeber.az xəbər saytı

Yaylagül Ramazanova: "Azərbaycan çempionatında qızıl medal qazandığım üçün çox sevincliyəm"


Qızıl medal qazandığım üçün çox sevincliyəm.

"Report" xəbər verir ki, bunu qadınlar arasında kamandan oxatma üzrə Azərbaycan çempionatının qalibi Yaylagül Ramazanova deyib.

O, yarışın çətin mübarizə şəraitində keçdiyini söyləyib:

"Nəticələrim gözlədiyim qədər yüksək olmadı. Yeni ana olduğum üçün çox məşq etməyə vaxtım olmamışdı. Lakin yekunda qalib gəldiyim üçün çox sevincliyəm. Final mübarizəm gərgin keçdi. Yarışda yeni idmançılar gördüm. Hər biri özünü təsdiqləməyə çalışan istedadlı idmançılar idi".

Qeyd edək ki, 3 gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) üzrə hədəfi 18 metrdən nişan alıblar.

Oxşar xəbərlər

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Yaylagül Ramazanova: Ümid edirdim ki, yarışda medal qazanacam
Yaylagül Ramazanova: Azərbaycan Paris-2024-də mənim qələbəmə sevinəcək
Paris-2024: Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər