Hidayət Heydərov və millinin baş məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sorğusunda liderlər sırasındadır
sizinxeber.az xəbər saytı

Hidayət Heydərov və millinin baş məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sorğusunda liderlər sırasındadır


Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıblar.

"Report" IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.

Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə birincidir.

Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədir.

Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdir.

Zelim Tskayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri isə "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədir.

Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq. 2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində alacaqlar.

Oxşar xəbərlər

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib
Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı
Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər