Azərbaycan çempionu: Ən güclü qadın şahmatçı olduğumu hələ sübut etməmişəm
Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm.
“Report”un məlumatına görə, bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc şahmatçı milli üzvlərinin yarışda iştirak etməmələrinə üzüldüyünü söyləyib: “Sevincimə mane olan məqam Azərbaycan yığmasının şahmatçılarının çempionatda iştirak etməmələri oldu. Yığma üzvlərinin hamısı ilə qarşılaşmaq istərdim. Çempionatdakı rəqiblərim də güclü şahmatçılar idi”.
A.Allahverdiyeva formada olmadığı üçün Azərbaycan çempionatına qatılmağa uzun müddət tərəddüd etdiyini gizlətməyib: “Özümü yaxşı formada hiss etmirdim. Buna görə çempionatda iştirak etmək istəmirdim. Yarışa qatılmağı son anda qərara aldım. Bu üzdən çox çətin alındı”.
Şahmatçı apreldə təşkil olunacaq Avropa çempionatında uğurlu çıxış etmək arzusundadır: “Hazırlaşmağa vaxtım var. Orada hədəfim əlimdən gələnin ən yaxşısını etmək olacaq. Bunun üçün maksimum gücümlə turnirə hazırlaşacağam”.
Azərbaycan çempionu gələcəklə bağlı ən böyük hədəflərini də açıqlayıb: “Hədəfim tez bir zamanda Azərbaycan millisinə düşməkdir. Məncə, 1-2 il ərzində bunu reallaşdıra biləcəyəm. Ən böyük məqsədim isə qrossmeyster olmaqdır”.
Qeyd edək ki, Ayan Allahverdiyeva 7 turdan ibarət Azərbaycan çempionatında 5,5 xalla birinci yeri tutub.
Oxşar xəbərlər
İkiqat Avropa çempionu: Bunun arxasında böyük əziyyətlər durur [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan şahmatçıları dünya çempionatını medalsız başa vurublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












