Azərbaycan boksçuları Qazaxıstana yollanıblar
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.
Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesində əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hamısı 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.
Almatıda yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək. Olimpiya çəki dərəcələri üzrə yığma üzvləri isə bir müddətdir ABŞ-də toplanışdadırlar.
Oxşar xəbərlər
Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın futbol hakimlərinin Türkiyədə təlim-məşq toplanışı nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












