Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb


Azərbaycan qılıncoynadanı Abbas Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən "Cadet Circuit" turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, o, 17 yaşadək yeniyetmələr arasında sablya növündə uğurlu çıxış edib.

Qrup mərhələsində beş görüşdə qalib gələn Hüseynov pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərini üstələyərək finala yüksəlib.

O, həlledici dueldə Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş mükafat əldə edib.

Qeyd edək ki, turnirə 150-dən çox idmançı qatılıb.

Oxşar xəbərlər

Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar medal qazanıblar
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
Azərbaycanın daha bir velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle