Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar


Yeniyetmə qılıncoynadanlarımız Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar.

"Report" xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət milli komandamız Gürcüstanın Tbilisi şəhərində keçirilən "Cadet Circuit" turnirində qızıl medal qazanıb.

Valentina Zeynalova, Fərəh Abasova, Leyla Əhmədova və Züleyxa Sultanlıdan ibarət komandamız ilk görüşündə Gürcüstanın 2-ci komandasını 45:20 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. 1/2 finalda və həlledici görüşdə müvafiq olaraq Türkiyənin dördüncü və ikinci komandalarına 45:44 hesabı ilə qalib gələn yeniyetmə sablyaçı qızlarımız fəxri kürsünün ən yüksək pilləsində yer alaraq qızıl medal qazanıb.

"Cadet Circuit"in ilk yarış günündə həmçinin oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Qrup mərhəlsini 4 qələbə ilə başa vuran yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov pley-offda Türkiyə və Ukraynanı təmsil edən idmançılara qalib gələrək finala kimi irəliləməyi bacarıb. Qızıl medal uğurunda keçirilən qarşılaşmada Gürcüstan təmsilçisi Giorgi Uruşadzeyə 7:15 hesabı ilə uduzan Abbas Hüseynov beynəlxalq turnirin gümüş medalına layiq görülüb.

Turnirə sentyabrın 29-da yeniyetmə qız sablyaçıların şəxsi və oğlan sablyaçıların komanda yarışları ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar medal qazanıblar
Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyadakı turnirdə çıxışlarını başa vurublar
Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB - 2
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle