sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində bürünc medal qazanıb.
Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.
Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.
Oxşar xəbərlər
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar medal qazanıblar
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Reytinq turniri: Azərbaycan güləşçisi bürünc medal qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













