sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar.
"Report"un məlumatına görə, Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə, Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) isə təsəlliverici mübarizələrdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycanın qadın güləşçiləri dünya çempionatını medalsız başa vurublar
Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazana bilər
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
