Qaxda Respublika Şahmat Olimpiadası keçirilib
Qax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb.
AŞF-dən "Report"a verilən məlumata görə, müxtəlif yaş kateqoriyalarında Renat Məmmədrzayev, Xədicəxanım Dadaşzadə, Cavad Abbassoy, Xanımzər Hümbətli, Əlisəfa Zeynallı, Nuray Məmmədli, Elçin Şəkərəliyev, Ayan Əliyeva, Yusif Abasov, Nihal Heydərli birinci yeri tutub.
Komanda nəticələrinə əsasən, 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi həm A, həm də B qrupu üzrə birincilik qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan ümumilikdə 482 yeniyetmə iştirak edib. Bağlanış mərasimində qaliblərə diplom, kubok və mükafatlar təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
Dövlət qurumları arasında basketbol üzrə respublika birincilyinin qalibi məlum olub
Bu gün Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
