Bu gün Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

Bu gün Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib


DİM tərəfindən 28 iyul 2024-cü il tarixində Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib.

Mərkəzdən Sizinxeber.az-ya verilən məlumata görə, imtahan saat 10:00-da başlanıb. Abituriyentlərə ilk 1 saatda şahmatın nəzəriyyəsi və tarixi ilə bağlı 10 sual təqdim olunub. İmtahanın növbəti 1 saatında abituriyentlər çətinlik şkalası 1700 xal olan kompüterlə 2 oyun oynayıblar.

Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanının I mərhələsində “məqbul” qiymət alan 48 nəfər imtahanda iştirak hüququ qazanıb. 48 nəfərdən 6 nəfər imtahana gəlməyib.

Abituriyentlər oyunu yekunlaşdırdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Qapalı tapşırıqların cavabları isə yaxın 2-3 gün ərzində elan olunacaq.

Oxşar xəbərlər

Jurnalistikaya qabiliyyət imtahanının vaxtı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİM: Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər