Sizinxeber.az » İdman » Fərdi » İki güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

İki güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Avqustun 17-də Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib.

Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub – 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək.

Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.

Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevlə bacarmayıb – 2:12.

Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lini “tuş”la yolundan kənarlaşdırıb. Həmyerlimiz gürcüstanlı Aleksandre Abramişvilidən də güclü olub – 5:0. Yusif yarımfinalda iranlı Abolfazl Nejadla güləşib. Görüşdə güləşçilər fənd işlətməyib. Rəqib sonuncu xal prinsipinə əsasən (1:1) finala yüksəlib. Dursunov sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !