Azərbaycan milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən məlumat verilib.
Ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılar təşkil ediləcək nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldəcəklər.
Təlim-məşq toplanışına yola düşməzdən əvvəl tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Xüsusilə yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da yığma üzvlərimizin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.
Oxşar xəbərlər
Azərbaycanın stolüstü tennisçilər Çində təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri Çində təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Azərbaycan taekvondoçuları İstanbulda təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











