Azərbaycan taekvondoçuları İstanbulda təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycan taekvondoçuları Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında iştirak edirlər.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqlərə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo bölməsinin rəhbəri Elməddin Vəliyevin rəhbərliyi altında yeniyetmə və gənclər yaş kateqoriyası üzrə 9 idmançı qatılıb.
Toplanış çərçivəsində idmançılar Türkiyənin bir neçə tanınmış komandası ilə birgə intensiv məşqlər keçir, qarşılıqlı təcrübə mübadiləsi aparır və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyələrini daha da artırmaq imkanı əldə edirlər.
Bildirilib ki, bu cür təlim-məşq toplanışları idmançıların texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada uğurlu çıxışlarına mühüm töhfə verir.
Oxşar xəbərlər
Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub
Azərbaycanın gənc taekvondoçuları təlim-məşq toplanışına başlayıblar
Azərbaycanın stolüstü tennisçilər Çində təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın 33 cüdoçusu Parisdəki təlim-məşq toplanışında iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











